RU

Pink Floyd qrupu musiqi kataloqunu satdı

Əfsanəvi Pink Floyd qrupu öz musiqi kataloqunu Sony Music şirkətinə satıb.

Kulis.az xəbər verir ki, qrup musiqi kataloqunu şirkətə 400 milyon dollara satıb.

Sony şirkəti artıq musiqiçilər haqqında film və serial çəkmək, qrupun adı olan suvenirlər istehsal etmək hüququna malikdir.

Qeyd edək ki, kataloqa qrupun "Wish You Were Here" "Money" kimi bir neçə hiti də daxildir.

Избранный
35
kulis.az

1Источники