RU

Levandovski Ronaldunun uğurunu təkrarladı - Üçüncü belə futbolçu yoxdur

“Barselona” Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunun matçında öz meydanında “Yanq Boyz”u məğlub edib (5:0) .

Fanat.Az xəbər verir ki, bu görüşdə dubla imza atan Robert Levandovski polşalı forvard Kriştianu Ronaldunun uğurunu təkrarlayıb.

"The Athletic"-in məlumatına görə, Kataloniya təmsilçisinin 36 yaşlı qolçusu avrokubok tarixində üç fərqli komandanın heyətində on və ya daha çox qol vurmağı bacaran ikinci oyunçu olub.

Levandovski əvvəllər "Bayern" (68) və Dortmund "Borussiya"sının (17) oyunçusu kimi edibsə, Ronaldu “Mançester Yunayted”, “Yuventus” və “Real”ın hər birində 10 və daha çox qol vurmağı bacarıb.

Mirağa

Избранный
5
fanat.az

1Источники