RU

Şumaxer 11 ildən sonra publika qarşısına çıxdı

“Formula1” yarışları üzrə 7 qat dünya çempionu Mixail Şumaxer 11 illik fasilədən sonra ictimaiyyət qarşısında görünüb.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, Şumaxer qızı Cina Mariyanın nikah mərasimində olub və onu izləyərək xeyir-dua verib.

Qonaqlardan məclisə girərkən telefonları alındığı üçün heç bir kadr yoxdur.

Qeyd edək ki, beyin zədələnməsi səbəbindən uzun müddət komada qalan Şumaxer ayıldıqdan sonra evində, ailəsinin əhatəsindədir. Onun arabada gəzdirildiyi bildirilir.

Aygün Musayeva





Избранный
26
2
bakupost.az

3Источники