RU

Filiz Akın Bodrumda xəstəxanaya yerləşdirildi - Foto

Türk kinosunun əfsanəvi aktrisalarından olan Filiz Akın Bodrumda xəstəxanaya yerləşdirilib.

Teleqraf.com xəbər verir ki, aktrisa sosial media hesabında foto paylaşaraq səhhətinin yaxşı olduğunu bildirib.

Filiz Akının bir neçə gün ərzində evə buraxılacağı iddia edilib.

Qeyd edək ki, aktrisanın 81 yaşı var. Ona 2002-ci ildə nazofarenks (burun) xərçəngi diaqnozu qoyulub. 2022 və 2023-cü illərdə sol qulağının yuxarı hissəsindəki xərçəng toxuması və səs tellərindəki problemlər səbəbindən əməliyyat olunub.


Müəllif: Rəqsanə Həsənova
Избранный
14
teleqraf.com

1Источники