RU

“Qarabağ” 17 dəqiqə oynadı, sonra dayandı - REPORTAJ

Qarabağ (Ağdam) – Sabah (Bakı) 3:2 (3:1)
97. Fabian Buntiç – 6,0
30. Abbas Hüseynov – 6,0
24. Aleksey İsayev – 6,0
27. Toral Bayramov – 7,5
90. Nəriman Axundzadə - 7,0
(10. Abdulla Zubir, 65) – 5,5
81. Kevin Medina (k) – 7,0
8. Marko Yankoviç – 6,5
(6. Julio Romao, 80) – qiymətsiz
2. Mateus Silva – 6,5
(13. Bəhlul Mustafazadə, 65) – 6,0
19. Redon Cica – 5,5
(18. Olavio Juninyo, 65) – 6,0
15. Leandro Andrade – 6,5
11. Emmanuel Addai – 6,0
(7. Yassin Benzya, 80) – qiymətsiz
Ehtiyat oyunçular
99. Mateus Koxalski
12. Sadiq Məmmədzadə
55. Bədavi Hüseynov
44. Elvin Cəfərquliyev
22. Musa Qurbanlı
66. Patrik Andrade
21. Aleksey Kaşuk
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Toral Bayramov

55. Nicat Mehbalıyev – 5,5
4. Elvin Camalov (k) – 5,5
9. Anatoli Nuriyev – 5,0
(6. Abdulax Xaybulaev, 46) – 5,5
2. Amin Seydiyev – 5,5
(22. Abdulla Rzayev, 80) – qiymətsiz
5. Rəhman Daşdəmirov – 5,5
(11. Kahim Parris, 85) – qiymətsiz
7. Boyan Letiç – 6,0
20. Coy-Lens Mikels – 7,0
18. Pavol Şafranko – 6,5
(99. Neqoş Kupusoviç, 85) – qiymətsiz
40. İqor Noqeyra – 6,0
70. Cesse Sekidika – 5,5
(10. Namik Ələskərov, 80) – qiymətsiz
3. Con İrasabal – 5,5
Ehtiyat oyunçular
1. Yusif İmanov
94. Rəvan Mirzəmmədov
17. Tellur Mütəllimov
77. Şakir Seyidov
88. Xəyal Əliyev
Baş məşqçi: Krunoslav Renduliç
Komandanın ən yaxşısı: Coy-Lens Mikels

Qollar: T.Bayramov, 6 (1:0, M.Silva). N.Axundzadə, 8 (2:0, M.Yankoviç). K.Medina, 17 (3:0, L.Andrade). C-L.Mikels, 45+1 (3:1, B.Letiç). P.Şafranko, 51 (3:2, B.Letiç).
Vərəqələr: A.Nuriyev, 41 (qeyri-idman hərəkəti). N.Axundzadə, 42 (qeyri-idman hərəkəti). C-L.Mikels, 87 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Namiq Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov (hamısı Bakı).
VAR hakimi: Əliyar Ağayev (Bakı).
VAR hakiminin köməkçisi: Rəvan Həmzəzadə (Şəki).
Hakim-inspektor: Ömər Paşayev (Bakı).
AFFA nümayəndəsi: Elgiz Abbasov (Masallı).
29 sentyabr. Bakı. “Azərsun Arena”. 1500 tamaşaçı (5800 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 6 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 7,0.


Suraxanıda “Tottenhem”in Londonda darmağın etdiyi, səfərdən yorğun qayıdan “Qarabağ”la qələbə qazansa, liderliyə yüksələcək “Sabah” üz-üzə gəldi. “Köhlən atlar”ın məlum durumunu nəzərə alsaq, “bayquşlar” evə azı bir xalla qayıdacağına ümid edirdi. Lakin ağdamlıların geniş və təcrübəli futbolçulardan ibarət heyəti Qurbanovun işini asanlaşdırmışdı. Qəzetimizin ötən sayında bununla yanaşı, Masazır təmsilçisinin müdafiə xəttindəki çatışmazlıqları da qabartmışdıq. Oyunun taleyini məhz həmin məqamlar müəyyənləşdirdi ki, “Qarabağ” 1-ci pilləni “Araz-Naxçıvan”ın əlindən aldı. Özü də cəmi 17 dəqiqə ərzində!

Oyuna sürətli başlayan çempion çox tez hesabı açdı. 6-cı dəqiqədə Toral Bayramov Silvanın ötürdüyü topu uzaq məsafədən tora qovuşdurmağı bacardı. Sanki “Tottenhem”lə matçda dəyərləndirə bilmədiyi penaltinin acığını çıxdı. Hərçənd bu qola görə qapıçıya da irad tutulmalıdı. “Köhlən atlar”ın ikinci qolu da özünü çox gözlətmədi. 8-ci dəqiqədə Nəriman Yankoviçin ötürməsini qarşılayıb rəqib müdafiəçilərinin başını gicəlləndirməklə “çərçivə”ni dəqiq nişan aldı. “Qarabağ”ın premyer-liqadakı dominantlığı sirr olmasa da, oyunun belə başlayacağını təxmin etmək çətin idi. Odu ki, “Sabah” təcili özünə gəlməli və döyüşə atılmalıydı. Lakin qonaqların səyləri nəinki fayda verdi, hətta üçüncü dəfə topu qapılarında gördülər. 17-ci dəqiqədə Medina Andradenin ötürməsini baş zərbəsiylə tamamladı. Burda Nicat topa müdaxilə etsə də, “çərçivə”dən uzaqlaşdıra bilmədi.

“Bayquşlar” yalnız hesab darmadağın həddinə çatandan sonra ayıldı. Belədə qonaqların ardıcıl hücumlarını izlədik. Əvvəl Elvin bəxtini sınasa da, top qapıdan aralı keçdi. Ardınca Şafranko iki fürsəti boşa verdi. Hücumçu birincidə qeyri-dəqiq oldusa, ikincidə Buntiç barmaqlarının ucuyla təhlükəni dəf etdi. “Qarabağ”ın növbəti cəhdini 42-ci dəqiqədə izlədik. Burda cərimə zərbəsini yerinə yetirən Toral birbaşa qapını nişan aldı ki, Nicat topa sahibləndi.

Nəhayət, “Sabah” 45+1-ci dəqiqədə buraxılan qollardan birinin əvəzini çıxdı. Buntiç Nuriyevin qapıya zərbəsini zərərsizləşdirdi. Belədə Letiç önə atılaraq meydanda qalan topu Mikelsə ötürdü və sonuncu fürsəti maksimum dəyərləndirdi. Nəticə “bayquşlar”ın fasiləyə ümidli yollanmasına səbəb oldu. Odu ki, qonaqlar ikinci hissədə daha inamlı təsir bağışladı. 48-ci dəqiqədə Mikels yüzfaizlik qol imkanını qeyri-dəqiqlik üzündən əldən versə də, 51-ci dəqiqədə Şafranko Letiçin ötürdüyü topu tora qovuşdurdu. Ardından Nicat Addainin zərbəsini dəf etdi, Mikels dəqiq oynamadı. Onun uğursuzluğunu 76-cı dəqiqədə Andrade təkrarladı. Çox keçmədən Mikels qapıçıyla təkbətək qalsa da, yenə qeyri-dəqiq oldu. Onun növbəti cəhdini Buntiç əngəllədi. Nəhayət, hakimin final fiti səsləndi və aydın oldu ki, “Sabah” heç 1 xal da qazanmayacaq. Nəticə “Qarabağ”ı lider etdi. “Bayquşlar” isə artıq “avrokubok zonası”nda deyil.

Gözdən qaçmadı
* Qurban Qurbanov 13-cü, Krunoslav Renduliç 81-ci dəqiqədə hakimin qərarına etiraz etdiyinə görə sarı vərəqə aldı.
* Toral Bayramov hesabı açandan sonra azarkeşlərə üzünü tutaraq əli ilə “susun” işarəsi göstərdi. Bu da azarkeşləri özündən çıxardı.
*  “İmarət Tayfa” “İmarət” sənə inanır, Qurban Qurbanov” şüarını səsləndirirdi.
*  Boyan Letiç və sabiq komanda yoldaşı Aleksey İsayev oyundan sonra formalarını dəyişdilər.

KƏNAN BAHADIR

Избранный
10
football-plus.az

1Источники