RU

Azərbaycan İnnovasiya Mərkəzinin əsas məqsədləri açıqlanıb

Bakı. Trend:

İnnovasiya Mərkəzi Azərbaycanın regional biznes və innovasiyamərkəzi kimi mövqeyini gücləndirməyi hədəfləyir.

Trend xəbər verir ki, bunuAzərbaycandakı ilk innovasiya mərkəzinin rəhbəri Elvin Hacıyev bustrukturun açılışı zamanı bildirib.

"Bu məqsədə nail olmaq üçün texnologiya sahibkarlarını,tədqiqatçıları, investorları və innovatorları bir araya gətirmək,qarşılıqlı əməkdaşlıq və fikir mübadiləsi üçün əlverişli şəraityaratmaq planlaşdırılır", - o qeyd edib.

Elvin Hacıyev əlavə edib ki, innovasiya mərkəzi yeni ideyalarıninkişafını və innovasiyaların praktik fəaliyyətə tətbiqinidəstəkləməyə çalışır.

"Bu, startapların yaradılmasına yardım etməyi, elmi tədqiqatlaraparmağı, yeni inkişafların kommersiyalaşdırılmasını və dövlətstrukturları, universitetlər və özəl sektorla sıx əməkdaşlığı əhatəedir. Bu, innovasiyaların yalnız bir fikir kimi qalmaması üçün,eyni zamanda, ölkənin və regionun iqtisadiyyatına təsir edə bilənreal məhsul olması üçün ekosistem yaratmağa imkan verəcək", - obildirib.

Избранный
18
1
az.trend.az

2Источники