RU

Maştağada saxlanılan 2 şəxsdən 4 kiloqram narkotik vasitə aşkarlanıb - FOTO - VİDEO

Maştağada saxlanılan 2 şəxsdən 4 kiloqram narkotik vasitə aşkarlanıb.

Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyatlar nəticəsində Maştağa qəsəbəsində narkotiklərin satışını həyata keçirən Abasqulu Quliyev və Fazil Cəfərzadə saxlanılıblar.  Onlardan ümumilikdə 4 kiloqram satış məqsədi ilə əldə etdikləri qurudulmuş marixuana aşkarlanıb. 

Faktla bağlı 14-cü Polis Şöbəsində toplanan materiallar Sabunçu RPİ-yə göndərilib.

Sabunçu rayonunda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

 

FOTO QALEREYA
Избранный
16
13
avtosfer.az

10Источники