“WhatsApp”ın ən son yeniləməsi ilə video zənglər üçün filtrlər və fonlar əlavə edilib.

İndex.az xəbər verir ki, artıq siz danışarkən bütün növ üz filtrləri və interaktiv effektləri tətbiq etməklə söhbətlərinizi daha da gözəlləşdirə bilərsiniz.

Bu yeniləmə ilə video zənglər üçün fon tənzimləmə aləti də gəlir.

Siz diqqətinizi yayındıran məqamları bulandıra və ya “WhatsApp”ın təklif etdiyi defolt fonlardan birini seçə bilərsiniz.

Məqsəd virtual məkanınıza daha çox nəzarət etmək və video zənglərinizi daha axıcı və fərdiləşdirməkdir.