RU

Assosiasiyaya üzv ölkələr cinayətkarlığın bütün növlərinə qarşı birgə mübarizədə həmfikirdir -Kamran Əliyev

Beynəlxalq Prokurorlar Assosiasiyasına üzv ölkələr cinayətkarlığın bütün növlərinə qarşı birgə mübarizədə həmfikirdir.

“İki sahil” xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı və Ümumi Yığıncağının bağlanış mərasimində deyib.

O qeyd edib ki, Bakıda keçirilən konfrans üzv ölkələrin prokurorluq və ədliyyə qurumları arasında münasibətlərin inkişafına öz müsbət təsirini göstərəcək.

Daha sonra Baş prokuror Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının 30-cu İllik (yubiley) Konfransı və Ümumi Yığıncağının Sinqapurda (Sinqapur şəhərində) keçiriləcəyini diqqətə çatdıraraq, Sinqapur Respublikasının Baş prokuroru Lüsyen Vongu bu münasibətlə təbrik edib və uğurlar arzulayıb.

Избранный
3
1
ikisahil.az

2Источники