RU

İsrail BMT-nin baş katibini “persona non-qrata” elan edib və ölkəyə girişinə qadağa qoyub

İsrailin xarici işlər naziri İsrael Katz BMT-nin baş katibi Antonio Quterreşi “persona non-qrata” elan edərək ölkəyə girişini qadağan edib. 

O, bu barədə X sosial şəbəkəsində məlumat verib.

“İranın İsrailə qarşı iyrənc hücumunu birmənalı şəkildə pisləyə bilməyən hər kəs İsrail torpağına ayaq basmağa layiq deyil”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, Quterreş həmçinin HƏMAS-ın 2023-cü il oktyabrın 7-də İsrailə qarşı törətdiyi hücumu pisləməyib və hərəkatın terror təşkilatı elan olunması üçün heç bir səy göstərməyib.

İsrail Xarici İşlər Nazirliyinin rəhbəri deyib ki, BMT-nin hazırkı baş katibi “terrorçuları, təcavüzkarları və qatilləri dəstəklədiyi üçün təşkilatın tarixində ləkə olaraq qalacaq”.

Oktyabrın 1-də axşam saatlarında İranın İsrailə raket hücumundan sonra Quterreş X sosial hesabında Yaxın Şərqdə münaqişənin gərginləşməsini pisləyib və atəşkəsə çağırıb. O, nə İranın, nə də İsrailin adını çəkməyib.

İran oktyabrın 1-də İsrailə geniş raket hücumu həyata keçirib. İslam İnqilabı Keşikçiləri Korpusu bəyan edib ki, hərbi əməliyyat HƏMAS lideri İsmayıl Həniyə, “Hizbullah” lideri Həsən Nəsrullah və Livandakı SEPAH komandiri Abbas Nilfruşanın İsrail tərəfindən öldürülməsinə cavabdır. İsrail mətbuatının məlumatına görə, İran İsrailə 181-ə qədər ballistik raket atıb. İsrailin baş naziri Benyamin Netanyahu deyib ki, İran “böyük səhv edib və bunun əvəzini ödəyəcək”.
Избранный
29
32
buta.media

10Источники