RU

Paşinyandan sülhlə bağlı yeni açıqlama

Sülh müqaviləsinin icrasına nəzarət etmək üçün Ermənistan-Azərbaycan komissiyası yaradıla bilər.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Parlamentdə hökumət saatı zamanı Baş nazir sazişin bir neçə əsas komponentini, o cümlədən diplomatik münasibətlərin qurulması və ərazi bütövlüyünün qarşılıqlı tanınması məsələlərini qeyd edib.

O bildirib ki, indiki mərhələdə sənədin açıqlanması diplomatik baxımdan düzgün olmaz.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Избранный
7
3
milli.az

4Источники