RU

Qrizmanndan vacib qərar

Antuan Qrizmann beynəlxalq karyerasını dayandırmaq qərarına gəlib.

O, Fransa yığmasındakı çıxışını başa vurub.

33 yaşlı hücumçu bu haqda öz sosial şəbəkə hesablarında məlumat yayıb:

“Həyatımın bu səhifəsini xatirələrlə dolu bir halda bağlayıram. Bu möhtəşəm macəraya görə hər kəsə təşəkkür edirəm. Tezliklə görüşərik”.

Antuan Fransa yığmasında 2014-cü ilin martında debüt edib. O vaxtdan milli formada 137 oyun keçirib və 44 qol vurub. 2018-ci ildə dünya çempionu, 2021-ci ildə isə UEFA Millətlər Liqasının qalibi olub.

Əlavə edək ki, o, bu mövsüm “Atletiko”nun heyətində bütün turnirlərdə 8 oyun keçirib, 3 qolun və 4 məhsuldar ötürmənin müəllifi olub.
Избранный
19
football-plus.az

1Источники