"Fənərbağça"nın sabiq baş məşqçisi İsmail Kartal Super Liqa klubunu çalışdırmağa yaxındır.

Offsideplus.az xəbər verir ki, Təcrübəli mütəxəssis "Kayserispor"un "sükanı arxası"na keçə bilər. Bu barədə "Fanatik" məlumat yayıb.

Kayseri təmsilçinin çalışdırıcı ilə danışıqlar apardığı və yaxın günlərdə rəsmi açıqlamanın veriləcəyi qeyd olunub.

Xatırladaq ki, komandanın sabiq baş məşqçisi Burak Yılmaz bir neçə gün öncə istefa verib.