RU

Bu üsulla yumuşaq dəriyə sahib ola bilərsiniz

Son illərdə sürətlə artan sağlam həyat tərzi trendinin dəriyə qulluqda da təsirli olması təbii üsullarla dəriyə qulluq istəyini yenidən gündəmə gətirib. Dəri baxımında təbii üsulları seçərək çox daha sağlam baxım prosesinə sahib olmaq mümkündür. 

News24.az xəbər verir ki, belə qulluq təkliflərindən biri olan soda və qızılgül suyunun qarışımı dəridəki müəyyən problemləri aradan qaldırmağa kömək edir.

Dərini yeniləyən soda ilə dərini təmizləyən təbii antioksidant gül suyu birləşdirilərək dəriyə bu şəkildə tətbiq olunarsa, dəridə görülən bəzi sağlamlıq problemləri aradan qalxır. Soda və qızılgül suyunu qarışdırıb dəriyə sürməyin faydaları bunlardır:

Sızanaq izlərini örtür: Soda və qızılgül suyu dərini qidalandırarkən onu bərpa etməyə kömək edir. Dərinizə soda və qızılgül suyu qarışımı tətbiq etmək dəridə sızanaqların əmələ gəlməsinin qarşısını alır. Sızanaq və sızanaq izlərinin aradan qaldırılmasında da təsirlidir.

Soda və qızılgül qarışımı dəridə nəm balansını qorumağa kömək edir, dəriniz daha parlaq görünür. Bundan əlavə, qarışım dəridəki məsamələri açır.

Məryəm İlhamqızı

Избранный
17
news24.az

1Источники