RU

Tanınmış aktivist: Fransanın hökuməti irqçidir və məqsədləri Afrika xalqlarını məhv etməkdir

Tanınmış

Bakı, 2 oktyabr, AZƏRTAC

Özümün həyat təcrübəmdən deyə bilərəm ki, mən hər zaman Fransanın Afrika xalqlarına qarşı təzyiqlərinin şahidi olmuşam. Fransada doğulmuş biri kimi qətiyyətlə deyirəm ki, fransızların qaradərililərə qarşı irqçi münasibət göstərdiyini öz gözlərimlə görmüşəm. Xüsusilə siyasi jurnalist olaraq çalışdığım illərdə bu hallar çox geniş yayılmışdı.

AZƏRTAC xəbər verir ki, bu sözləri oktyabrın 2-də Afrikada Fransanın neokolonializm siyasətinə həsr edilmiş beynəlxalq konfransla bağlı keçirilən brifinqdə tanınmış aktivist Kemi Seba deyib.

K.Seba bildirib: “Beynəlxalq qurum olaraq Afrikada və dünyanın dörd bir yanında yaşayan Afrikaəsilli xalqların yanında olmağa çalışırıq. Neomüstəmləkəçiliyə qarşı mübarizə aparan bir təşkilatın rəhbəriyəm və azərbaycanlı qardaşlarımızla birlikdə güclü əməkdaşlıq qurmaq üçün buraya gəlmişəm”.

Tanınmış aktivistin sözlərinə görə, Fransanın Afrika xalqları ilə bağlı yaratdığı bərabərsizliklərə qarşı o, öz təşkilatı çərçivəsində neomüstəmləkəçiliyə qarşı mübarizəyə başlayıb. “Fransanın hökuməti irqçidir və məqsədləri Afrika xalqlarını məhv etməkdir. Neomüstəmləkəçiliyə son qoymaq üçün yeganə yol uzun illərdir apardığımız mübarizəni davam etdirməkdir. Afrika xalqları öz suverenliyini bərpa etməli və təbii resurslarını nəzarətə götürməlidir. Biz Afrika xalqları arasında birliyə inanırıq və bu, bizim üçün prioritetdir. Bizimlə münasibət qurmaq istəyənlər də bu birliyə hörmət etməlidirlər. Yeni nəsil artıq heç kimin oyuncağı olmayacaq”, - deyə o əlavə edib.

Избранный
24
3
azertag.az

4Источники