RU

Müharibə başladı və bitdi? - “İsrail dayanmayacaq”

İran dünən İsrailə 500  raket atıb. 

İranın “Tasnim” agentliyinin məlumatına görə, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin əsas obyektlərinə raket zərbəsi endirdiyini təsdiqləyib. 

Məlumatlara görə, İrandan atılan raketlərdən 102-si İordaniyanın hava məkanına daxil olub. Raket hücumları nəticəsində 8 nəfərin həlak olduğu deyilir. İsrail Müdafiə Qüvvələri (İDF) dərhal reaksiya verərək, əhaliyə sığınacaqlara sığınmaq barədə xəbərdarlıq edib. Lakin bir neçə saat sonra İDF sözçüsü kontr-admiral Daniel Haqari raket hücumlarının başa çatdığını və əhalinin sığınacaqları tərk etməsinə icazə verildiyini deyib.

İsrail ordusu cavab zərbəsi endirməyə hazır olduğunu bəyan edib. 

Daniel Haqarı “Planlarımız var. Lazım olan vaxt və yerdə hərəkət edəcəyik”,-deyə bildirib. Bu, münaqişənin daha da genişlənməsinə səbəb ola biləcək mümkün yeni fazadan xəbər verir.

Livanın cənubundakı “Hizbullah” mövqelərinə də İsrail hava hücumları davam edir. 

“Əl-Mayadin” telekanalının məlumatına görə, sentyabrın 29-da İsrailin Əyn əl-Delb kəndinə endirdiyi hava zərbəsi nəticəsində ölənlərin sayı 71 nəfərə çatıb. Bu, son illərdə bölgədə ən qanlı hücumlardan biri olub. Bundan əvvəl Livanın Səhiyyə Nazirliyi zərbə nəticəsində 45 nəfərin öldüyünü, daha 70 nəfərin yaralandığını bildirmişdi. Baş verənlər Livan-İsrail sərhədində vəziyyətin ciddiliyini göstərir.

BMT-nin baş katibi Antonio Quterreş Livanda və bütövlükdə Yaxın Şərqdə zorakılığın artması ilə bağlı narahatlığını ifadə edib.

Quterreş tərəfləri dərhal atəşkəsə çağırıb. BMT-nin baş katibi Livanda genişmiqyaslı müharibənin qarşısının nəyin bahasına olursa olsun alınmalı olduğunu deyib, ölkənin suverenliyinə və ərazi bütövlüyünə hörmətin vacibliyini vurğulayıb:

Amma görünən odur ki, müharibə tezliklə bitməyəcək.

"Təl-Əvivin rəsmi tələblərə əməl edəcəyi və Livan ərazisini İsrailin şimalında dinc yaşayış məntəqələrinə hücumlar həyata keçirən “Hizbullah” yaraqlılarından təmizləməklə məhdudlaşacağı ehtimalı azdır. Çünki İsrail hərbçiləri öz ölkələrinin sərhədlərinə qayıdan kimi təmizlənmiş ərazilərdə yeni silahlılar peyda olacaqlar”.

Bu sözləri “Cebheinfo.az”-a "PolitRus" informasiya portalının rəhbəri, rusiyalı politoloq Vitali Arkov deyib. O hesab edir ki, bunun qarşısını almağın bir neçə yolu var: 

"Təbii ki, mən münaqişəni diplomatik yolla həll etməyin tərəfdarıyam. Lakin oxşar münaqişələrin təcrübəsi, o cümlədən Qarabağda Azərbaycan və Ermənistan, Donbassda Rusiya və Ukrayna arasında baş verənlər göstərir ki, obyektiv olaraq sülhə yalnız zor tətbiq etməklə, o cümlədən sərhəd boyu təxminən 100 km-ə qədər təhlükəsizlik zonası yaratmaqla nail olmaq olar. Bu, ya bütün əhalinin məcburi köçürülməsi nəticəsində yaradılan sanitariya zonası, ya da BMT mandatı ilə sülhməramlı qüvvələrin nəzarəti altındakı silahsızlaşdırılmış zona ola bilər.

Məsələn, Rusiya əvvəllər sərhədi boyunca təhlükəsizlik zonası yaratmağa məcbur olub”.

Biz bunu bir neçə aydır ki, Qəzzada görürük. Bu, “Hizbullah” lideri Həsən Nəsrullahın öldürülməsi, şiə hərbi-siyasi təşkilatının mərkəzi qərargahının yerləşdiyi yaşayış məntəqəsinə antibunker bombaları ilə zərbə endirildiyi zaman baş verib. Bu, hazırda İsrail ordusunun Livanın sərhəd yaşayış məntəqələrində quru əməliyyatında da müşahidə olunur. Bu, həmin vasitələrə haqq qazandırırmı?”

Избранный
13
cebheinfo.az

1Источники