RU

Avrozonada işsizlik səviyyəsi açıqlandı

Avqust ayında avrozonada işsizlik səviyyəsi sabit olaraq 6,4 faiz təşkil edib.

“Cebheinfo.az” xarici mediaya istinadən bildirir ki, Avropa Statistika İdarəsi (Eurostat) və Avropa İttifaqı (Aİ) avrozona üzrə avqust ayı üzrə işsizlik göstəricilərini dərc edib.

Hesabata görə, avro bölgəsində iyul ayında 6,4 faiz olan işsizlik səviyyəsi avqust ayında dəyişməz qalıb.

Ötən ilin eyni dövründə işsizlik nisbəti avro bölgəsində 6,6 faiz, Aİ-də isə 6 faiz olaraq müəyyən edilib.

Avqust ayında işsizlik səviyyəsi İspaniyada 11,3 faiz, Yunanıstanda 9,5 faiz, İsveçdə 8,4 faiz, Finlandiyada isə 8,3 faiz təşkil edib.

Avqustda Aİ-də işsizlərin sayı 13 milyon 27 min olaraq hesablanarkən, bu insanların 10 milyon 925 mini avro bölgəsində olub.

Avqust ayında 25 yaşa qədər işsiz gənclərin sayı Aİ-də 2 milyon 766 min, avro bölgəsində isə 2 milyon 231 min olaraq müəyyənləşib.

Gənclər arasında işsizliyin səviyyəsi Aİ-də 14,3 faiz, Avrozonada isə 14,1 faiz olaraq ölçüldü.

Избранный
24
cebheinfo.az

1Источники