RU

İsrail şok qərar: BMT baş katibinin üstündən "xətt çəkdi" 

İsrail Yaxın Şərqdə gərginliyin təcili olaraq azaldılmasına çağıran BMT baş katibi Antonio Quterreşi “persona non qrata” elan edərək, onun İsrailə girişini qadağan edib.

Ölkə.Az xəbər verir ki, baş katib Quterreşlə bağlı mövqeyini açıqlayan İsrailin xarici işlər naziri İsrael Katzın sözlərinə görə, BMT-nin baş katibi Antonio Quterreş bu gün İsraildə persona-non-qrata elan edilib və ölkəyə girişi qadağan olunub. 

"İranın İsrailə hücumunu birmənalı şəkildə pisləyə bilməyən şəxs İsrail torpağına ayaq basmağa layiq deyil.

Bu o deməkdir ki, baş katib hələ də qlobal terrorizmin vətəni olan İran elan etmək üçün heç bir səy göstərməyib. İsrail  Quterreşli və ya Quterreşsiz öz vətəndaşlarını müdafiə etməyə və milli namusunu qorumağa davam edəcək”, - israilli nazir deyib.

Qeyd edək ki, BMT-nin baş katibi Quterreş Yaxın Şərqdə münaqişənin genişlənməsini pisləyib və dərhal atəşkəsə çağırıb. 

Mürtəza
Ölkə.Az

Избранный
13
32
olke.az

10Источники