RU

Çin NATO-ya xəbərdarlıq edib

Çinin Avropa İttifaqındakı (Aİ) diplomatik missiyası Şimali Atlantika Müqaviləsi Təşkilatını (NATO) Asiya işlərinə qarışmağı dayandırmağa çağırıb.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Çinin Aİ-dəki diplomatik missiyası NATO-nun baş katibi Mark Ruttenin alyansın Hind-Sakit okean regionunda tərəfdaşları ilə əlaqələrin gücləndirilməsinin zəruriliyi barədə sözlərini şərh edərkən bildirib.

"Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) Çin haqqında yanlış təsəvvürünü düzəltməli və Asiya-Sakit Okean regionunun işlərinə qarışmamalıdır. Çin NATO-nu Soyuq Müharibə təfəkküründən əl çəkməyə, Çin haqqında yanlış fikirləri düzəltməyə, Asiya-Sakit Okean regionunun işlərinə qarışmağı dayandırmağa və dünyada sülh və sabitliyə töhfə verən daha çox işlər görməyə çağırır”, - məlumatda qeyd olunub.

 

Sadiq Cavadov

Избранный
17
4
iqtisadiyyat.az

5Источники