RU

Yaxın Şərqdə vəziyyətin gərginləşməsi BRİKS sammitində müzakirə olunacaq

Kazanda keçiriləcək BRİKS sammitində Yaxın Şərqdəki vəziyyətin gərginləşməsi müzakirə ediləcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib. 
 
"Bu günlərdə açıq münaqişə nöqteyi-nəzərindən regionda baş verənlər, şübhəsiz ki, BRİKS və liderlər və xarici işlər nazirləri səviyyəsində ikitərəfli təmaslarda maksimum diqqəti cəlb edəcək və birbaşa Kazanda bu mövzuda söhbət olacaq”, - məlumatda deyilir. 
 
BRİKS sammiti oktyabrın 22-24-də Kazanda keçiriləcək.
 
Bundan əvvəl Rusiya prezidenti bildirib ki, 34 ölkə BRİKS-ə qoşulmaq istəyir. 
 
BRİKS-in genişləndirilməsi məsələsi sammitdə müzakirə oluna bilər.
 
Azərbaycanın BRİKS-ə qoşulmaq üçün rəsmi müraciətinə assosiasiyanın bu ilin oktyabrında Kazanda keçiriləcək sammitində baxıla bilər. 
 
İyulun 11-də Sankt-Peterburqda keçirilən X BRİKS Parlament Forumunun plenar iclasında çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, Azərbaycan BRİKS-in tamhüquqlu üzvü olmaq istəyir.
 
Avqustun 20-də Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, respublika BRİKS-ə qoşulmaq üçün rəsmi müraciət edib.
 
Hazırda təşkilatın 10 üzvü var.
 
Aytac 

www.anews.az
Избранный
28
anews.az

1Источники