RU

Donetsk vilayətinin Uqledar şəhəri rusların əlinə keçdi

Ukrayna Müdafiə Qüvvələri Donetsk vilayətinin Uqledar şəhərini tərk edib.

Editor.az bildirir ki, bu barədə oktyabrın 2-də “Xortitsa” əməliyyat-strateji qoşun qrupu Telegram-da məlumat yayıb. Xəbərdə deyilir ki, işğalçılar cinahdan hücumlar həyata keçirmək üçün ehtiyat göndərə biliblər ki, bu da Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin müdafiəsini tükəndirib.

“Düşmənin hərəkətləri nəticəsində şəhərin mühasirəyə alınması təhlükəsi yaranıb, şəxsi heyətin və hərbi texnikanın qorunub saxlanılması, növbəti əməliyyatlar üçün mövqe tutmaq məqsədilə Ali komandanlıq tərəfindən bölmələrin Uqledardan çıxarılması üçün manevr aparılmasına icazə verilib”, – xəbərdə deyilir.

//Samir Qurbanov, Editor.az

Избранный
6
editor.az

1Источники