RU

“Ermənistanda Rusiyaya qarşı böyük məyusluq var” - Mirzoyan

“Ermənistan cəmiyyətində Rusiyaya qarşı böyük məyusluq var”.

Missiya.Az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Varşavada keçirilən təhlükəsizlik forumunda çıxışı zamanı deyib.

“Erməni xalqı düşünürdü ki, müharibə olarsa, Rusiya bizə kömək edəcək, lakin KTMT tərəfdaşları İrəvanda gözlənilən reaksiya vermədilər”, - deyə siyasətçi vurğulayıb.

Onun sözlərinə görə, indi erməni xalqı başqa variantlar axtarır:

“Biz demokratiyaya möhkəm inanırıq və bu, bizi Avropa İttifaqı (Aİ) və ABŞ-yə yaxınlaşdırır”, - deyə Mirzoyan bildirib.

 

 

Daşqın HəsənovMissiya.Az

Избранный
11
missiya.az

1Источники