RU

Məşhur cütlükdən ŞOK açıqlama – körpələri…

Zeynep – Volkan Dəmirəl cütlüyü üçüncü körpələri üçün həyəcanlandı. Onların körpəsinin cinsi artıq maraq mövzusuna çevrilib. Məşhur cütlük məsələ ilə bağlı açıqlama verib.

Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, 2009-cu ildə “Miss Belçika” gözəllik yarışmasında birinci seçilən, 2010-cu ildə Volkan Dəmirəllə evlənən və hazırda üçüncü övladına hamilə olan Zeynep Sever Dəmirəl və Volkan Dəmirəl film qalasına qatılıblar.

Filmin qala gecəsində jurnalistlərin suallarını cavablandıran Volkan Dəmirəl, “Atalıq hər zaman həyəcanlıdır. Allah icazə versə, fevral-mart aylarında körpəmizi dünyaya gətirəcəyik” deyib.

Jurnalistlərin “Yenə qız olduğunu eşitdik, amma bunun doğru olub-olmadığını bilmək istərdik” sualına Volkan Dəmirəl, “Hələ aydın deyil. Aydın olanda sizə xəbər verəcəyik. Qız olsun, oğlan olsun, deyirlər ki, cənnət qapısını açırsan, “inşallah türk futboluna belə bir xarakter təqdim edə bilərik”, – deyib.

Dəniz Pənahova

Избранный
27
tribunainfo.az

1Источники