RU

MDB məkanında rus dilinə hücum: Moskva Azərbaycanı nümunə göstərdi

MDB ölkələrində rus dili ilə bağlı yaranan qalmaqal böyüyür. Bəzi yerlərdə ictimai yerdə rus dilində danışmağa görə cəzalar var. Ukrayna şəhərlərinin küçələrində “dil patrulları” reyd aparırlar. Estoniya, Özbəkistan və Ermənistanda rus dilinə xüsusilə düşmən mövqe sərgilənir.

Publika.az xəbər verir ki, bu barədə “News.ru”-da dərc olunan məqalədə deyilir.

Qeyd olunur ki,bir çox keçmiş sovet respublikalarında rus dilindən imtina edilir. Baltikyanı dövlətlər bu siyasəti xüsusilə fəal şəkildə həyata keçirirlər. Estoniyanın baş naziri Kaja Kallas ölkənin təhlükəsizliyinin birbaşa bundan asılı olduğunu etiraf edib. O, belə bir arqument irəli sürüb: Rusiya “rusdilli əhalini” qorumaq bəhanəsi ilə keçmiş respublikalardan istənilən birini işğal edə bilər.

MDB Ölkələri İnstitutunun rəhbərinin müavini Vladimir Jarixin bildirib ki, bir sıra ölkələrdə rus dilinin inkişafı təşviq edilir, digərlərində isə süni şəkildə əngəllənir, hətta istifadəsinə görə təqib edilir:

“Məsələn, Ukrayna. Yazılı rus dilini öyrənməkdə çətinliklər var, lakin şifahi rus dilini öyrənməkdə ümumiyyətlə problem yoxdur. Axı, hətta Qərbi Ukraynada da bir çox insan rus dilində danışır. Ümumiyyətlə, vətəndaşların 80%-ə qədəri bunu başa düşür. Bununla belə, dövlət ictimai sahədə rus dilindən istifadəni sərt şəkildə təqib edir və onu sıxışdırıb çıxarmağa çalışır”.

Jarixinin sözlərinə görə, Baltikyanı ölkələrdə vəziyyət Ukraynadan yaxşı olsa da, həm də çətin olaraq qalır: “Oradakı hakimiyyət dövlət məktəblərində rus dilinin tədrisinə əvvəlcə maneələr qoydu və sonda onu tamamilə ləğv etdi. İndi rus dilində tədris olunan özəl məktəblərə hücum başlayıb. Ümumiyyətlə, ölkə rəhbərliyinin seçdiyi siyasi kursa görə rus dili orada həyatın bütün sahələrində ciddi şəkildə məhdudlaşdırılıb”.

Sentyabrın sonunda Estoniya Dili Departamentinə Tallinndə yerləşən hipermarketin mühafizəçisinin eston dilində bir kəlmə də danışmaması ilə bağlı şikayət daxil olub. “Müştəri mühafizəçidən ona dondurma şöbəsini göstərməsini xahiş etdi. Mühafizəçinin eston dilində verilən suala rus dilində cavab verməsi müştərini çaşdırıb”, - deyə şikayətdə bildirilir. Hipermarketdən bildirilib ki, nəticədə pərakəndə satış şəbəkəsini qoruyan şirkət işçini müvafiq mağazada əvəz etmək qərarına gəlib.

Özbəkistanda müəllim şagirdi döydü

Sentyabrın sonunda internetdə Daşkəndin Çilanzar rayonundakı 188 saylı məktəbdən videolar yayıldı. Kadrlarda müəllimin materialı rus dilində izah etməyi tələb edən şagirdini döydüyü əks olunub. Üstəlik, bütün bunlar rus dili dərsində baş verib. Müəllim reaksiyasını “Özbəkistan özbəklər üçündür” deməklə izah edib.

Moskva hadisəyə reaksiya verib. Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Daşkəndi uşağa edilən zorakılığı qiymətləndirməyə və müvafiq tədbirlər görməyə çağırıb. Özbəkistan parlamentinin vitse-spikeri Əlişir Kodirov isə cavabında bildirib ki, “daxili işlərimizdən narahat olmaqdansa, özlərinin çoxlu problemləri ilə məşğul olmaları doğru olardı”.

Onun Rusiya parlamentindəki həmkarı, Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Andrey Klimov Özbəkistanı Moskva ilə yüksək səslə danışmamağa çağırıb: “Çünki tarixdə buna bənzər davranan və özünü bu cür aparan ölkə olub və çətin vəziyyətə düşüb”.

Избранный
24
publika.az

1Источники