RU

"Arsenal" bizi bütün komponentlərdə üstələdi" - Luis Enrike

Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda səfərdə "Arsenal"a 0:2 hesabı ilə məğlub olan PSJ-nin baş məşqçisi Luis Enrike oyun barədə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, "RMC Sport" ispaniyalı mütəxəssisin sözlərini belə çatdırıb:

"Birəbir mübarizələri uduzursansa, lazım olan nəticəni qazana bilməzsən. Rəqib müdafiəçilər bizim hücumlarımızı uğurla "oxuyurdular". PSJ-nin hücumçuları onların müdafiəsini bir dəfə də yara bilmədilər. "Arsenal" bizi bütün komponentlərdə üstələdi.

Bu, cari mövsüm ilk yüksək səviyyəli oyunumuz idi. Qarşıda hələ belə matçlarımız olacaq. Bizə mövsümün sonunda qiymət vermək lazımdır. 

Səfərdə yüksək intensivliklə oynadıq. Amma rəqib bizdən güclü çıxıbsa, taktiki nüansları müzakirə etmək çətindir. Bu oyunda yol verdiyimiz səhvləri təkrarlamamalıyıq".

Xatırladaq ki, PSJ ÇL-in Liqa mərhələsinin 1-ci turunda evdə "Jirona"nı 1:0 hesabı ilə yenmişdi.

Nihat

Избранный
1
fanat.az

1Источники