RU

Avropa Liqası: Türkiyə klublarının oyunlarını hansı kanal canlı yayımlayacaq?

Sabahdan UEFA Avropa Liqasının ikinci tur oyunlarına start veriləcək.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, turnirdə mübarizə aparan Türkiyənin üç nəhəng klublarının oyunları azərbaycanlı azarkeşlər üçün böyük maraq daşıyır.

Məlumata görə, “Qalatasaray”ın sabah səfərdə Latviyanın RFS komandası ilə Bakı vaxtilə saat 20.45-da başlayacaq oyununu TRT 1 şifrəsiz canlı yayımlanacaq.

“Beşiktaş”ın saat 23.00-da Almaniyanın “Ayntraxt Frankfurt” komandası ilə İstanbulda start götürəcək oyunu da TRT 1-də canlı  veriləcək.

"Fənərbağça"nın "Tvente" ilə saat 23.00-dakı oyununu isə TRT SPOR canlı yayımlayacaq.

Fərid Aslan

MİA.AZ

Избранный
10
mia.az

1Источники