Avrozonada işsizlik səviyyəsi avqustda 6,4 faizlə dəyişməz qalıb.

İndex.az xəbər verir ki, Avropa Statistika Ofisinin (Eurostat) açıqladığı işsizlik məlumatlarına görə, Avrozonada işsizlik səviyyəsi dəyişməyərək, iyul ayında olduğu kimi avqust ayında da 6,4% səviyyəsində qalıb.

Keçən ilin eyni dövründə işsizlik səviyyəsi Avrozonada 6,6% olaraq müəyyən edilmişdi.