RU

Yaxın Şərqdə vəziyyət daha gərginləşir: ABŞ-nin İran ərazisini raket atəşinə tutmağı gözlənilir

Yaxın Şərqdəki müharibəyə İranın da qoşulması münaqişəni bir az da alovlandırdı. Bununla da İsrail eyni anda həm Livan, həm Fələstin, həm də İranla döyüşür. 

Bu müharibə necə davam edəcək?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Elşad Həsənov bildirdi ki, İsrailin Livana hücumu nəticəsində ölkə əhalisi kəskin azalıb. 

"İsrail-HƏMAS müharibəsinin artıq oktyabrın 7-də bir ili tamam olur. İsrail demək olar ki, HƏMAS-ın liderlərinnin əksəriyyətini məhv edib. İsrail ordusu indi də Livana quru qoşunlarını yeritməyə başlayıb. Eyni zamanda raket zərbələri endirirlər. "Hizbullah" da bunlara cavab verir. Ancaq "Hizbullah"ın atdığı raketlər çox da güclü deyil. Bu son günlərdə İsrail-"Hizbullah" müharibəsində artıq minlərlə insan ölüb, 10 minlərlə adam yaralanıb və 6 milyon əhalidən bir milyondan artığı Livanı tərk ediblər. Bu çox böyük humanitar fəlakətdir. Buna görə də ABŞ Prezidenti Co Bayden Netanyahuya Livana quru qoşunlarını yeritməməsini tələb edib".

Politoloqun sözlərinə görə, İsrailin hədəfi "Hizbullah"dan sonra husilərə yönələcək:

"İsrail "Hizbullah"dan sonra Yəməndə husilərə qarşı müharibə aparacaq. Ordu bu proksi qüvvələri darmadağın edəcək. Netanyahu bildirir ki, "biz yeddi cəbhədə döyüş aparırıq və heç kəs bizim əlimizdən qaça bilməz". Ona görə də Yaxın Şərqdə vəziyyət həddindən artıq gərgin olaraq qalır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da öz çıxışında İsrailin apardığı siyasəti qətiyyətlə pislədi və bildirdi ki, İsrailin hədəfi Türkiyə torpaqları olacaq. Ona görə də o beynəlxalq ictimaiyyəti İsrailin qətliamını dayandırmasını tələb etdi. Ona görə də müharibənin tezliklə bitəcəyini demək çətindir".

E.Həsənov qeyd etdi ki, İranın da müharibəyə qoşulması vəziyyəti daha da gərginləşdirdi.

"İran İsrailə 200-ə yaxın ballistik raket atıb. Ancaq İsrailin havadan müdafiə qüvvələri çox güclüdür. İranın özü də güclüdür. Ona görə də vəziyyət daha da gərginləşir. Çünki təkcə İsrail yox həm də Amerika qüvvələrinin İran ərazisini raket atəşinə tutmağı gözlənilir", - politoloq yekunlaşdırdı.

Türkan İSGƏNDƏRLİ

Избранный
5
1
redaktor.az

2Источники