RU

"Ukrayna qəsbkarlıq savaşı deyil, müdafiə savaşı aparır" - NATO-nun yeni baş katibi

 
"Güclü, müstəqil Ukraynasız Avropanın möhkəm təhlükəsizliyi mümkün deyil..."
 
NATO-nun yeni baş katibi Mark Rütte Ukraynaya Rusiyadakı hədəflərə Qərbin uzaqvuran silahları ilə zərbələr endirməsinə icazə verilməsini dəstəkləyib. O, qeyd edib ki, belə qərarları bu silahları verən müttəfiqlər qəbul etməlidir.
 
Moderator.az xəbər verir ki, bu barədə o, vəzifəsinə başlayandan sonra mətbuat konfransında bəyan edib. Məlumatı "slovoidilo.ua" nəşri yayıb.
 
Rütte o cümlədən Ukraynanın qəsbkarlıq savaşı deyil, müdafiə savaşı apardığını unutmamağa çağırış edib.
 
"Bu o deməkdir ki, Ukraynanın özünümüdafiə hüququ var. Biz bilirik ki, beynəlxalq hüquq var, bu hüquq sərhəddə bitmir. Deməli, Ukraynanın özünümüdafiə hüququ o deməkdir ki, onlar həm də təcavüzkarın ərazisindəki hədəfləri məhv edə bilər".
 
Bununla yanaşı, Alyansın baş katibi vurğulayıb ki, Ukraynaya konkret dəstək barədə qərar hər bir müttəfiqdən və onun Ukrayna ilə münasibətindən asılıdır.
 
Rütte həmçinin əmin edib ki, heç bir ayrıca silah müharibədə qələbə gətirmək iqtidarında deyil. Lakin Rusiya ərazisinə zərbələrə qadağanın görürülməsi barədə diskusiyaları o, "vacib debatlar" adlandırıb.
 
Bundan başqa, Rütte bəyan edib ki, Ukraynaya daima yardım lazımdır, lakin Ukraynaya dəstək xərcləri diktator Vladimir Putinin qalib gələcəyi təqdirdə üzləşəcəyi xərclərdən xeyli azdır. 
 
Yeni baş katib əmindir ki, güclü, müstəqil Ukrayna olmadan Avropanın möhkəm təhlükəsizliyi mümkün deyil.
Избранный
12
moderator.az

1Источники