RU

Sağaltmır, öldürür: Dərman insanı necə şoka salır?

Şəmkir şəhər sakini dərmandan şoka düşərək ölüb. 

1984-cü il təvəllüdlü Qoşqar Əliyev sentyabrn 30-u saat 21:00 radələrində xəstəxanaya müraciət edib və ona verilən dərmanın şokundan ölüb. 

Rayon prokurorluğu faktla bağlı araşdırma aparır. 

Bu, dərmandan şokadüşmə ilə bağlı ilk hadisə deyil. 

Məsələ ilə bağlı həkim-farmakoloq Aydın Əliyev "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, bu, bədənin normaları pozulduqda baş verir: 

"Məsələn, dərman qan təyziqini normadan aşağı salar, bu zaman dərmandan şokadüşmə halı yaşanar. Bu, artıq dozadan istifadə edildiyi halda baş verir. Şəxsin dərmana qarşı həssaslığını yoxlamaq, dərmanın dozasına diqqət etmək lazımdır. 

Qeyd edim ki, pensilin qrupu antibiotiklər allergiya verdiyi zaman da şok yaranır". 

Избранный
24
cebheinfo.az

1Источники