RU

İşğaldan azad edilmiş ərazilərdə 2734 şəxsin məşğulluğu təmin edilib

İşğaldan azad olmuş ərazilərdə işlə təmin olunan vətəndaşların sayı açIqlanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi “Operativ Media”nın sorğusuna cavab olaraq bildirib ki, öz dogma torpaqlarına köçürülən sakinlərdən 2734 şəxsin məşğulluğu təmin edilib.

Agentlik bildirib ki, Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad olunan ərazilərimizdə həyata keçirilən məşğulluq tədbirlər davam etdirilir:

“İşğaldan azad edilmiş torpaqlara həyat yenidən qayıdır. Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad olunan ərazilərimizdə həyata keçirilən məşğulluq tədbirlər davam etdirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən artıq işğaldan azad edilmiş ərazilərə qayıdan və qayıdacaq əhalinin məşğulluq məsələlərinin həlli sahəsində geniş miqyaslı işlər aparılır”.

Agentlik hazırda daha 628 vətəndaşın məşğulluğuna dəstək olunması üçün iş aparır:

“Agentlik tərəfindən ilk mərhələdə köçürülən ailələrlə görüşlər keçirilib. Təhlillər aparılaraq məşğulluq tədbirlərinə cəlb edilə biləcək şəxslər müəyyənləşdirilib. Görülən işlərin nəticəsi olaraq artıq öz dogma torpaqlarına köçürülən sakinlərdən 2734 şəxsin məşğulluğu təmin edilib.

Məşğulluğu təmin edilmiş şəxslərdən 2041 nəfəri vakansiyalar üzrə işlə təmin edilib, 112 nəfər müxtəlif istiqamətlər üzrə özünüməşğulluq proqramına, 104 nəfər isə peşə hazırlığı kurslarına cəlb olunub.

Hazırda daha 628 vətəndaşın məşğulluğuna dəstək olunması üçün iş aparılır.

Həmçinin Agentlik tərəfindən Füzuli, Laçın şəhərlərində və Ağalı kəndində əmək yarmarkaları təşkil olunub”.

Избранный
16
operativmedia.az

1Источники