RU

"Yeni formata hələ uyğunlaşmamışıq" - Qurban Qurbanov

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının Liqa yolunda “Malmö” (İsveç) ilə oyun öncəsi mətbuat konfransı keçirib.

Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis çətin görüşə çıxacaqlarını bildirib: "Liqa mərhələsində öz meydanımızda ilk oyunumuzu keçirəcəyik. Özünəməxsus oyun tərzi olan komanda ilə qarşılaşacağıq. Komandanı oyuna yaxşı hazırlaşdırmağa çalışdıq. Azarkeşlərimizin önündə oynayacağıq. Maksimum nəticə əldə etməyə çalışacağıq”.

Qurbanov Avropa Liqasının yeni formatına tam öyrəşə bilmədiklərini dilə gətirib: “Düzü, yeni formata hələ uyğunlaşmamışıq. Bizim kimi futbol ölkələrinə az komandanın yer aldığı qrupda olmaq sərf edir. Biri var 3-4 komandanı təhlil edəsən, biri də var 36 komandanın oyunlarını yaxından izləyəsən”.

O, sabah qapıda Mateuş Koxalski, yoxsa Fabiyan Buntiçə şans verəcəyi ilə bağlı sualı belə cavablandırıb: “Hələ vaxtımız var. Buna sabah qərar verəcəyik”.

Qeyd edək ki, oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Malmö” qarşılaşması saat 20:45-də start götürəcək.

Избранный
12
fanat.az

1Источники