RU

Keçmiş bankir, hazırkı ASC sədri ilə bağlı sensasion məhkəmə prosesi başlayıb 

Sabah oktyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundova qarşı hədə-qorxu gəlməkdə təqsirləndirilən Əhməd Əhmədovun məhkəməsi davam etdiriləcək.

Mia.az Musavat.com-a istinadla xəbər verir ki, ittihama görə, “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundovu və yaxınlarını öldürməklə hədələyərək ondan 100 min manat tələb ediblər. Əvvəldən tanıdığı, lakin yaxın münasibəti olmadığı Əhməd Əhmədov onu şantaj edib.

Əhməd Əhmədov bildirib ki, Eldar Axundovun borcunun əvəzini onun qardaşı Emin Axundovdan çıxmaq qərarına gəlib:

Ötən məhkəmə iclasında iş üzrə zərərçəkmiş “Azərmaş” ASC İdarə Heyətinin sədri Emin Axundov ifadə verib.

Emin Axundov qeyd edib ki, daha sonra Əhməd Əhmədov ona hədə-qorxu gəlməyə başlayıb:

Zərərçəkmiş bildirib ki, Əhməd Əhmədov daha sonra onun qardaşının yanına tez-tez gedib: “Bu hadisələrdən sonra bildim ki, qardaşımın itinə baxıb. Ona dedim ki, əgər borc varsa, gəl haqq-hesab edək. Həmin ərəfədə onun kartına 1000 manat göndərdim. Daha sonra 10 min manata razılaşdıq. Onun nömrələrini bloka atırdım, lakin müxtəlif nömrələrdən zəng etməyə başladı. Mənə dedi ki, bilirik, oğlun İngiltərədə oxuyur. Bunu deməklə hədə-qorxu gəlirdi. Deyirdi, evinizi partladacam”.

Избранный
6
2
mia.az

3Источники