RU

Əli Nağıyev: Qlobal mahiyyət daşıyan itkin düşmüş şəxslər problemi beynəlxalq siyasi dairələri ciddi düşündürməlidir

Cari ilin sentyabrında Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına və BQXK-ya məlum olan koordinatlar üzrə Ağdərə rayonu, Sırxavənd kəndi ərazisində aparılmış işlər nəticəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş 15-ə yaxın şəxsə aid sümük qalıqları aşkarlanıb. Həmin ərazilərdə qazıntı və ekshumasiya işləri davam etdirilir. İlkin baxışa və təhlilə əsasən, həmin ərazilərdə bir neçə kütləvi məzarlığın aşkarlanması ehtimalı böyükdür.

AZƏRTAC xəbər verir ki, bu sözləri Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusunda beynəlxalq konfransda söyləyib.

Nazir bildirib: “Cari il ərzində Dövlət Komissiyası tərəfindən mütəxəssislərin iştirakı ilə işğaldan azad edilmiş ərazilərdə aparılmış qazıntıların və monitorinqlərin nəticəsində məlum olub ki, üçtərəfli Bəyanatın imzalanmasından 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror əməliyyatına qədər olan müddətdə separatçı rejim Dövlət Komissiyasına və BQXK-ya məlum olan bir neçə kütləvi məzarlığı məqsədyönlü şəkildə məhv edib. Buna misal kimi Xocavənd rayonunun Qaradağlı kəndində, Xocalı rayonunun Dəhraz kəndində və Ağdərə rayonunun Sırxavənd kəndində Dövlət Komissiyasına məlum olan məzar yerlərini göstərmək olar. Məlumdur ki, bu və digər kütləvi məzarlıqlar ermənilər tərəfindən törətdikləri müharibə cinayətlərinin izlərinin itirilməsi üçün məqsədyönlü şəkildə məhv edilib. Bu faktlar beynəlxalq hüquqa, həmçinin uzun illərdir yaxınlarını gözləyən itkin ailələrinə və insanlığa qarşı hörmətsizliyin bariz nümunəsidir”.

Ə.Nağıyev deyib ki, yalnız Azərbaycan üçün deyil, qlobal mahiyyət daşıyan itkin düşmüş şəxslər problemi aidiyyəti beynəlxalq təşkilatları və beynəlxalq siyasi dairələri ciddi düşündürməlidir. Xüsusilə Birləşmiş Millətlər Təşkilatı, Beynəlxalq Qırmızı Xaç Komitəsi və digər aidiyyəti qurumlar bu məsələyə diqqət ayırmalı, zorakı itkindüşmələrin qarşısının alınması üçün təcili və təxirəsalınmaz tədbirlər görməlidirlər.

Избранный
14
21
yeniazerbaycan.com

10Источники