RU

Güney Azərbaycan xalqı İran rejiminin müharibə siyasətlərini qətiyyətlə pisləyir

İran İslam Respublikasının Təbriz və Güney Azərbaycanın digər şəhərlərindən hər hansı bir raket hücumunu təşkil etməsi, Güney Azərbaycan Türkləri tərəfindən şiddətlə qınanır. İran rejiminin müharibə və müdaxilə siyasətləri, Güney Azərbaycanın milli maraqları ilə heç bir şəkildə uyğun gəlmir və bu addımlar tamamilə əsassızdır.

Təbriz və digər Azərbaycan şəhərlərinin hərbi hücumlar üçün istifadə edilməsi, nəinki Güney Azərbaycan xalqı tərəfindən dəstəklənmir, əksinə qətiyyətlə pislənir. İranın macərapərəst və təhlükəli müharibə siyasətləri, bölgədə yaşayan milyonlarla Türkün həyatını təhdid edir və bu siyasətlər yalnız rejimin öz mənafeyinə xidmət edir.

Güney Azərbaycan xalqı rejimin bu malişkuliyalı planlarına qarşı möhkəm dayanar və heç vaxt bu boş, təhlükəli siyasətlərin qurbanı olmaz. İran rejiminin hərbi macəralarına qarşı xalqımız öz mövqeyində qəti və prinsipialdır.

visiontv.az



Избранный
11
visiontv.az

1Источники