RU

Maradonanın qalıqları köçürüləcək


Argentinanın San-İsidro şəhərinin məhkəməsi futbolçu Dieqo Maradonanın qalıqlarının Buenos-Ayresin mərkəzində tikilməkdə olan məqbərəyə köçürülməsinə icazə verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Clarin” qəzeti məlumat yayıb.
Məlumata görə, icazəni Maradonanın qızları Dalma və Cannina istəyib.
Qəzetin yazdığına görə, Puerto-Maderonun metropoliten ərazisində tikilən məqbərə təxminən 2025-ci ildə başa çatacaq. Maradonanın qızlarının sözlərinə görə, məqbərədə hər kəs Argentina futbolunun əfsanəsinin xatirəsini ehtiramla yad edə biləcək.
Hazırda Maradonanın qəbri Buenos-Ayres yaxınlığında, ictimaiyyət üçün qapalı olan San Migel bələdiyyəsindəki Bella Vista qəbiristanlığındadır.
Qeyd edək ki, Maradona 25 noyabr 2020-ci ildə 61 yaşında vəfat edib. Məşhur futbolçunun ölüm səbəbi kimi ağciyər ödeminə səbəb olan kəskin ürək çatışmazlığı göstərilib. 
Maradonanın ölümündə səkkiz tibb işçisi ehtiyatsızlıqdan adam öldürməkdə ittiham olunur.
Xatırladaq ki, Maradona 1986-cı ildə Dünya Kubokunun qalibi olub. O, Argentinanın “Argentinos Xuniors”, “Boka Xuniors” və “Nyuells Old Boys”, İspaniyanın “Barselona” və “Sevilya”, İtaliyanın “Napoli” klublarında çıxış edib.
Argentinalı hücumçu çempionluq və İtaliya kubokunu, İspaniya kubokunu və UEFA kubokunu qazanıb. Ümumilikdə o, Argentina millisinin heyətindəki 113 oyun və 50 qol daxil olmaqla, 687 oyun keçirib və 363 qol vurub.
O, həm də 20-ci əsrin ən yaxşı futbolçularından biri hesab olunur.
Избранный
37
yeniavaz.com

1Источники