RU

Luis Enrike: “Arsenal” hər cəhətdən bizdən üstün idi”

PSJ-nin baş məşqçisi Luis Enrike UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda “Arsenal”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Fransa çempionu İngltərə təmsilçisi ilə səfər oyunundan 0:2 hesablı məğlubiyyətlə ayrılıb.

İspan mütəxəssis qarşılaşmadan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Təkbətək mübarizələrdə uduzmaqla, istədiyiniz nəticəni əldə etmək mümkün deyil. Rəqib müdafiəçilər bizim hücumlarımızı uğurla oxudular. PSJ-nin hücumçuları isə bir dəfə də olsun rəqib müdafiəsindən keçə bilmədilər. “Topçular” hər cəhətdən bizdən üstün idilər.

Bizi mövsümün sonunda qiymətləndirmək gərəkdir. Bu, yüksək səviyyədə ilk oyunumuz idi, qarşıda buna bənzər başqa oyunlar da olacaq. Biz səfərdə yüksək fəallıqla oynadıq, amma rəqib daha güclü olarsa, futbol taktikasının nüanslarını müzakirə etmək çətindir. Bu gün buraxdığımız səhvləri əsla təkrarlamamalıyıq”, deyə Luis Enrike vurğulayıb.

2 turdan sonra “Arsenal” Çempionlar Liqasının ümumi mərhələsinin yarış cədvəlində 4 xalla 8-ci pillədə, PSJ isə 1 xalla 17-ci pillədə qərarlaşıb.

Избранный
12
arena.az

1Источники