RU

Meksikanın ilk qadın prezidenti vəzifəsinin icrasına başladı

Meksikada keçirilən prezident seçkisinin  qalibi Klaudiya Şeynbaum ölkənin ilk qadın prezidenti kimi and içib və vəzifəsini icra etməyə başlayıb.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İyunun 2-də Meksikada prezident seçkiləri keçirilib.
 
Belə ki, paytaxt Mexikoda Konqresin binasında Meksikanın ilk qadın prezidenti Klaudiya Şeynbaumun andiçmə mərasimi keçirilib. Mərasimdə dövlət başçıları, baş nazirlər, diplomatlar və ABŞ prezidenti Co Baydenin həyat yoldaşı Cil Bayden də daxil olmaqla, əksəriyyəti Latın Amerikası ölkələrindən olan 100-dən çox xarici nümayəndə iştirak edib.
 
İyunun 2-də keçirilən seçkilərdə səslərin 59,76 faizini toplayan Şeynbaum San Lazaro qanunvericilik sarayında and içib.
 
Mexiko şəhərinin keçmiş meri, 62 yaşlı alim Şeynbaum çıxışında bildirib:
 
\"Dəyişiklik vaxtıdır, qadınların vaxtıdır. Mən ana, nənə, alim və inanclı bir qadın olmaqla yanaşı bu gündən etibarən Meksika xalqının iradəsi ilə dövlət başçısıyam. Biz millətimizin gələcəyinə rəhbərlik etməyə gəlmişik. Mən hakimiyyətə tək gəlmədim, bütün qadınlar olaraq birgə gəldik\".
 
Qeyd edək ki, Şeynbaum qadınların hüquqlarını dəstəkləyəcəyini və Latın Amerikasının ikinci ən böyük iqtisadiyyatının beynəlxalq investisiyalar üçün təhlükəsiz yer olaraq qalmasını təmin edəcəyini vəd edib.
 
Oksana
Избранный
3
1
azxeber.com

2Источники