RU

NATO-nun yeni baş katibinə şok ittiham: “Xroniki rusofob”dur 

NATO-nun yeni baş katibi Mark Rutte xroniki rusofobdur. 

Musavat.com xəbər verir ki, bu fikri “RİA Novosti”yə müsahibəsində Dövlət Dumasının deputatı Mixail Şeremet Şimali Atlantika Alyansının rəhbərinin Rusiyaya qarşı düşmənçiliyini xəstəliklə müqayisə edərək bildirib. 

Rutte oktyabrın 1-dən bu vəzifədə Yens Stoltenberqi əvəz edərək NATO-nun baş katibi vəzifəsinə başlayıb.  vakansiya 2023

Şeremetin sözlərinə görə, Rusiyaya münasibətdə Rutte sələfindən heç nə ilə fərqlənmir. "Təəssüf ki, NATO strukturları mütərəqqi çılğınlıq və qeyri-adekvatlıq pandemiyası ilə əhatə olunub", - o deyib. 

Deputat xatırladıb ki, NATO bloku tamamilə ABŞ-nin iradəsinə tabedir. Şeremet hesab edir ki, nəticədə aparılan siyasət tez-tez alyansın digər üzvü olan ölkələrə zərər verir. 

Bundan əvvəl Ruttenin NATO-nun rəhbəri təyin edilməsi ABŞ-də yüksək qiymətləndirilib. 


Telegram kanalımız
Избранный
5
1
yenisabah.az

2Источники