RU

Aşıq Ələsgərdən Qərbi Azərbaycana

Aşıq Ələsgər xalqımızın zəngin poetik irsinin daşıyıcısı, dərin koloritli yaradıcılığı özündə cəmləyən ustad sənətkarlardandır. Aşıq sənəti ənənələrinin məktəbini yaratmış sənətkar özündən sonra çox sayda ustad yetirmələr yetişdirməyi bacarmışdır. Ana dilimizin saflığı, dərin məna yükü, adət-ənənələrimizin yaşadılması və təbliğatı bu sənət nümunəsinin başlıca xəttlərini təşkil edir. Belə bir sənət dühasını yaşatmaq, sənətinə dəyər vermək qədirbilən xalqa və onun sənətsevər liderinə xas ola bilərdi. Mədəni-mənəvi dəyərlərimizin bütün daşıyıcılarına həmişə qədirbilənliklə yanaşan ümummilli lider Heydər Əliyevin dönəmindən etibarən digər sənətkarlara olduğu kimi, aşıq yaradıcılığının banilərindən sayılan Aşıq Ələsgərin də sənətinin yaşadılmasına böyük diqqət ayrılmış, təbliğat işinə böyük töhvələr vermişdir. 150 illik yubiley münasibətilə Göyçə mahalında, doğulduğu kənddə Aşıq Ələsgərin qəbirüstü abidəsi ucaldılmışdı. Bugün poetik irsə hər zaman xüsusi hörmət bəsləyən cənab prezident İlham Əliyevin çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış Aşıq Ələsgərin abidəsinin açılışında iştirakı da, həmin mərasimdə verdiyi mesajlar da xüsusi önəm daşıyır. Sənətə, sənətkara verilən yüksək ehtiramın bir təzahürü olmaqla yanaşı, bu addım dədə-baba torpağımız olan Göyçə mahalında digər abidələrimizə qarşı olduğu kimi, Ələsgərin abidəsinə qarşı da vandalizm nümayiş olunmasına bir cavab reaksiyasıdır. Həmin abidənin Bakıda ucaldılması və yaxın gələcəkdə oz doğma yurdunda ucaldılacağı ilə bağlı müzəffər liderin dilindən fikrin səsləndirilməsi ata-baba yurdumuza dönüşün simvolu, mesajı və xalqa verilən ümid idi. Nəzərə almaq lazımdır ki, prezidentimizin dilindən indiyə qədər həyata keçməyən heç bir mesajın şahidi olmamışıq. Bu mesajın da praktiki təntənəsi çox yaxın zamanın hadisəsi olacaq.

Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi

Избранный
23
aznews.az

1Источники