RU

Azərbaycanın hibrid avtomobil idxalı artır

Müəllif: Gülnar Əhmədli, Banco.az

Cari ilin yanvar-avqust aylarında Azərbaycana 387 milyon 875 min dollar dəyərində 13 504 ədəd hibrid avtomobil idxal edilib. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, illik müqayisədə idxal edilən hibrid avtomobillərin dəyəri 74,4% və ya 165 milyon 511 min dollar, miqdarı isə 3 864 ədəd (40%) artıb. 

Qeyd edək ki, 2023-cü ilin 8 ayında Azərbaycana idxal edilən hibrid avtomobillərin sayı 9 640, dəyəri isə 222 milyon 364 min dollara dəyərində olub. 

Ən sərfəli kredit üçün müraciət et

Избранный
16
banco.az

1Источники