RU

4 mərtəbəli binada yanğın olub – FOTO

İstanbulun Esenler səmtində yerləşən 4 mərtəbəli binanın damında yanğın olub.

Medianews.az ntv.com.tr-yə istinadən xəbər verir ki, hadisə saat 09:00(Bakı vaxtı ilə 10:00) radələrində baş verib.

İddialara görə, yanğın binanın damında aparılan təmir işləri zamanı başlayıb. Alov sürətlə böyüyərək bütün damı əhatə edib.

Hadisə yerinə yanğınsöndürən, təcili tibb yardım və polis çağrılıb.

Bir müddət sonra alov mənzilin damından yuxarı mərtəbəyə keçib.

Yanğında yüngül xəsarət alan ər və arvad təcili yardım tərəfindən xəstəxanaya aparılarılıb. Yanğınsöndürənlər müdaxilə edərək yanğını söndürüblər.

Mənzilin damında və üst mənzildə böyük ziyan meydana gəlib, polis yanğınla əlaqədar araşdırma başladıb.

Избранный
25
medianews.az

1Источники