RU

Keçmiş yüksək rütbəli məmur həbsdən yayınmaq üçün döyüşə getdi

Rusiyanın Tambov vilayəti başçısının keçmiş müavini İqor Kulakov Ukraynaya döyüşlərə yollanıb.

Bu barədə Rusiya mediası məlumat yayıb. Saytlar vilayət prokurorluğunun mətbuat xidmətinə istinadə ediblər. Qeyd edilib ki, Kulakov Kotovsk şəhərində qazanxanaların tikintisi zamanı geniş miqyasda dələduzluqla bağlı cinayət işində ittiham olunur.

Bildirilib ki, cəbhəyə könüllü yollanan keçmiş məmur artıq nazirliklə müqavilə imzalayıb. Müstəntiq isə sentyabrın 24-də Kulakov barəsində həbs-qətimkan tədbirini ləğv edib. 

Xatırladaq ki, bundan əvvəl, Kurqan vilayətinin Tselinnı rayon administrasiyasının keçmiş rəhbəri Aleksandr Sıtov da həbsxanada Müdafiə Nazirliyi ilə müqavilə bağlayaraq döyüşlərə yollanmışdı.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Избранный
9
news365.az

1Источники