RU

UNICEF-in nümayəndəsi: Uşaqların 96 faizi çirklənmiş hava ilə nəfəs alır

Bakı, 2 oktyabr, AZƏRTAC

“Uşaqların 96 faizi çirklənmiş hava ilə nəfəs alır. 2021-ci ildə 6 min 400 uşaq havanın çirklənməsi səbəbindən erkən ölüb”.

AZƏRTAC xəbər verir ki, bunu Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində ADA universitetində keçirilən "İqlim dəyişiklikləri və uşaqlarla bağlı yüksək səviyyəli milli tədbir" mövzusunda dəyirmi masada UNICEF-in Davamlılıq və İqlim üzrə Regional məsləhətçisi Maria Osbek deyib.

O qeyd edib ki, iqlim dəyişikliyi uşaqlara çox ciddi şəkildə təsir edir: “Avropada və Mərkəzi Asiyada hər iki uşaqdan biri isti hava dalğaları ilə tez-tez üzləşir. Bu, qlobal orta göstəricidən 2 dəfə yüksəkdir. Eyni zamanda, hər 10 uşaqdan birinin çay daşqınları ilə üzləşmək riski yüksəkdir. Ən təhlükəlisi isə su qıtlığıdır. Təəssüf ki, uşaqların 53 faizi su qıtlığına həssas ərazilərdə yaşayırlar”.

Избранный
13
azertag.az

1Источники