RU

Tikinti işləri ən çox bu rayonlarda aparılır – Siyahı


Bu ilin ilk yarısında Bakı şəhərində 4 milyard 238 milyon manat dəyərində tikinti işləri həyata keçirilib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Bakıdan sonra ən çox tikinti işləri Abşeron rayununda yerinə yetirilib.
Abşeronda bu ilin ilk altı ayı ərzində 389 milyon manatlıq tikinti işləri görülüb.
Qeyd edək ki, bu ilin yanvar-iyun ayları ərzində ən çox tikinti işinin yerinə yetirildiyi 10 rayon (şəhər) aşağıdakı kimi olub:
Bakı şəhəri – 4 238 milyon manat;
Abşeron rayonu – 389 milyon manat;
Goranboy rayonu – 106,3 milyon manat;
Sumqayıt şəhri – 47,7 milyon manat;
Lənkəran rayonu – 45 milyon manat;
Qusar rayonu – 39,3 milyon manat;
Göyçay rayonu – 33,1 milyon manat;
Sabirabad rayonu – 27,6 milyon manat;
Quba rayonu – 18,7 milyon manat;
Xocalı rayonu – 18,7 milyon manat.


Ən çox tikinti işinin yerinə yetirildiyi 10 rayon arasına işğaldan azad olunan rayonlardan yalnız Xocalı rayonu daxil olub.
İşğaldan azad olunan digər rayonlarda (şəhərlərdə) 6 ay ərzində yerinə yetirilən tikinti işlərinin dəyəri aşağıdakı kimi olub:
Laçın rayonu – 9 milyon manat;
Kəlbəcər rayonu – 8,5 milyon manat;
Füzuli rayonu – 6,9 milyon manat;
Cəbrayıl rayonu – 4,5 milyon manat;
Qubadlı rayonu – 4,2 milyon manat;
Ağdam rayonu – 4,2 milyon manat;
Zəngilan rayonu – 3,4 milyon manat;
Şuşa rayonu – 805,3 min manat;
Xocavənd rayonu – 221,1 min manat;
Xankəndi şəhəri – 0;
Ağdərə rayonu – 0.


Murad Məmmədov
Избранный
9
1
yeniavaz.com

2Источники