RU

Əfsanə geri qayıdır - 7 il sonra

Üç dəfə Oskar mükafatı almış aktyor Daniel Day-Lyuis uzun illərdən sonra filmə çəkilməyə hazırlaşır.

Kulis.az xəbər verir ki, 7 il əvvəl təqaüdə çıxdığını və daha heç bir layihədə yer almayacağını açıqlayan aktyor oğlunun yeni layihəsi üçün çəkiliş meydançalarına qayıdır.

Oskar

Aktyor oğlu Ronan Dey-Lyuisin debüt filmi "Əsmə" filmində baş rolda çəkiləcək .

Oskar

Filmin ssenarisini Daniel Day-Lyuis və Ronan Day-Lyuis birgə yazıb.

Filmdə atalar, oğullar və qardaşlar arasındakı mürəkkəb münasibətlər, eləcə də ailə əlaqələrinin dinamikası ətraflı şəkildə araşdırılacaq.

Aktyoru filmdə Şon Bin, Samanta Morton, Samuel Bottomli və Safia Oakli-Qrin kimi sənətçilər müşayiət edib.

Qeyd edək ki, Lyuis 2017-ci ildə təqaüdə çıxdığını elan etsə də, niyə bu qərarı verdiyi ilə bağlı açıqlama verməyib.

Ülvi Bahadır

Избранный
10
kulis.az

1Источники