RU

Xaçmazda məktəbli sinif yoldaşını bıçaqladı: Saxlanılan var

Xaçmaz rayonunda məktəbli sinif yoldaşını bıçaqlayıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan Editor.az-a bildirilib ki, oktyabrın 1-də saat 16 radələrində Xaçmaz rayonunda 2009-cu il təvəllüdlü A.Nəsrullayev 2008-ci il təvəllüdlü K.Orucova aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşları tərəfindən əməli törədən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xaçmaz rayonunda məktəbli sinif yoldaşını bıçaqlayıb.

“Report”un məlumatına görə, Xaçmaz şəhər 9 saylı tam orta məktəbinin 10-cu sinif şagirdi Kənan Taryel oğlu Orucov öz sinif yoldaşı Ayxan Fuad oğlu Nəsrullayev tərəfindən bıçaqlanıb.

T.Orucov Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, əməliyyat olunub. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırmalar aparılır.

Избранный
1
32
editor.az

10Источники