RU

Bu gün media nümayəndələrinin iştirakı ilə yeni metro qatarlarına baxış keçirilib (FOTO)

Bakı. Trend:

Bu gün media nümayəndələri "Xocəsən" elektrik deposunda("Xocəsən" stansiyası) Bakıya gətirilmiş yeni metro vaqonlarınınkomplektləşdirilməsi prosesini izləyiblər.

Trend-inməlumatına görə, 7 yeni qatardan 4-ü Bakı metropoliteninəgətirilib.

Yaxın 3 il ərzində Bakı metropolitenində 65 yeni nəsil vaqonu vəyaxud hər biri 5 vaqondan ibarət olan 13 qatar xəttə buraxılacaq.Bu qatarlardan 7-si və yaxud 35 vaqon 2024-cü il ərzində Bakıyagətirilməlidir. “81-765 Б/766 Б” seriyalı 7 qatardan 2-si artıqBakıya çatdırılıb.

Yeni qatarlar innovasiyalar baxımından sonuncu - 4-cü nəsləmənsub texnologiyalar əsasında istehsal olunacaq. Rusiyadalayihələndirilərək istehsal olunan vaqonların təchizatı “BakıMetropoliteni” QSC-nin texniki şərtləri əsasında həyata keçirilir.Texniki şərtlərdə qatarların idarəetməsi, texnoloji təchizatı vəsərnişin rahatlığını təmin edən sistem və avadanlıqlarquraşdırılır.

Bağlanmış müqaviləyə uyğun olaraq, vaqonların yığılmasınıntexniki tamamlama işləri və komplektləşdirməsi Bakımetropoliteninin “Xocəsən” elektrik deposunda başa çatdırılacaq.“Bakı Metropoliteni” QSC yeni qatarların sifarişi məqsədilə dünyadaolan aparıcı texnologiyaların öyrənilməsinə və istehsal prosesizamanı onların vaqonlarda tətbiqinə diqqət edir. Bundan savayı,Bakı metropoliteninin texniki xüsusiyyətləri, mürəkkəb relyefi,paytaxtın iqlim şəraitinə hesablanmış bir sıra məsələlər də texnikişərtlərin tərkib hissəsi olur. Vaqonların tam komplektləşdirilməsiüçün Bakı metropoliteninin texniki şərtləri və sifarişi əsasındaAvropanın bu sahədə qabaqcıl müəssisələri ilə 9 müqaviləimzalanaraq, avdanlıq və hissələr alınaraq Bakıya gətirilib.Vaqonların dartı mühərrikləri Avstriya, dişli muftalar,akkumulyator batareyaları, manometrlər, vaqonlararası keçidlərAlmaniya, maşinist kontrolleri və rəqssöndürücülər Çexiya,avtoqoşqular və yarımsabit qoşqular Polşa, relelər və yuvalarNiderland, qapı mexanizmləri İtaliya istehsalıdır. Bununla yanaşı,dünyanın aparıcı istehsalçılarından alınmaqla əyləc blokları,mühərrik kompressorları və s. ilə təchizat məsələləri dəkomplektləşdirmə məsələlərinin tərkib hissəsinə daxil edilib.

Avtomatik tənzimlənən mikroiqlim nəzarəti sistemi,ultrabənövşəyi lampalarla vaqon salonunda havanınzərərsizləşdirilməsi, istilik izolyasiyasının effektini artırantambursuz konstruksiya kimi məsələlər bu xüsusda əsaslardanbiridir.

Yeni qatarların baş vaqonları 38, orta vaqonları 44oturacaqlıdır. Bu isə sərnişin tutumunun artmasına şərait yaradır.Ümumilikdə baş vaqonlar 315, orta vaqonlar 329 sərnişin üçünhesablanıb. Vaqonlar arasında birbaşa keçidlər sərnişin salonunun15 faiz genişlənməsinə və daha çox sərnişin daşımağa, Bakımetropoliteni üçün xüsusi əhəmiyyət kəsb edərək sərnişinlərin qatarboyunca hərəkət etməsinə və bərabər paylanmasına şərait yaradır.Salon qapıları əvvəlki nəsil vaqonları ilə müqayisədə daha enlidir.Bu isə Bakı metropoliteni üçün ən mühüm məsələlərdən biri kimi,sərnişinlərin daha sürətli minib-düşməsini təmin edir.

Vaqonlarda ayaq üstə dayanan, iri yük və uşaq arabaları iləhərəkət edən sərnişinlər üçün çoxfunksiyalı zonalar, baş vaqonlardamaşinist kabinasının arxasında olmaqla əlil arabaları üçün yerlərmövcuddur. Mobil cihazları enerji ilə yükləmək üçün USB portlar,müasir məlumatlandırma sistemləri də sərnişin məmnunluğuna müsbəttəsir edən elementlərdir.

Ümumilikdə, “81-765 Б/766 Б” seriyasından olan yeni qatartərkibləri sərnişin təhlükəsizliyi və rahatlığı baxımından ənmüasir yenilikləri, o cümlədən Bakı metropoliteninin infrastrukturtələblərini özündə ehtiva edən sistem və avadanlıqlarla təchizolunub.

Bir qatarın komplektləşdirilməsi başa çatdırılaraq, sazlamaişləri üçün “Nərimanov” elektrik deposuna göndərilib. Bundansavayı, daha iki qatar tərkibi də “Xocəsən” elektrik deposunaçatdırılıb. Oktyabr ayı ərzində bu il üçün nəzərdə tutulmuş son üçqatar tərkibi də ölkəmizə çatdırılacaq. Bütün qatarların yığılaraqkomplektləşdirilməsi başa çatdırıldıqdan sonra, normativlərə uyğunsazlama, sınaq və tənzimləmə işlərinə cəlb olunaraq xətlərəburaxılacaq.

Bu
Bu
Bu
Bu
Bu
Bu
Bu
Bu
Bu
Избранный
3
14
az.trend.az

10Источники