RU

COP29 tədbirinin keçirilmə tarixi yaxınlaşdıqca Azərbaycana qarşı qarayaxma kampaniyası daha genişlənir

Bakıda təşkil ediləcək COP29 tədbirinin keçirilmə tarixi yaxınlaşdıqca bir sıra beynəlxalq qurum və media inistitutlarının Azərbaycana qarşı qarayaxma kampaniyası daha genişlənir. Bu qurumların saxta arqumentlərindən biri də guya Azərbaycanın sadəcə ənənəvi enerji mənbələrinə üstünlük verməsi ilə bağlıdır.

Reallıqda isə tendensiya tamamilə fərqlidir. Azərbaycan regionda yaşıl enerji şəbəkəsinin genişlənməsinə töhvə verən ölkədir. Yaşıl enerjinin ümumi enerji hasilatında hazırda payı 17.0 faizdir və növbəti 5 ildə bu göstərici 30.0 faizi keçəcək. Yalnız son illər alternativ mənbələrdən enerji hasilatına 1 milyard dollardan çox sərmayə yönəlib. Xarici şirkətlər ilə bu sahədə əməkdaşlıq son illər daha da dərinləşməkdədir. 2027-ci ildən etibarən Azərbaycanın yaşıl enerjisinin Avropaya ixrac edilməsi nəzərdə tutulur. Bu yaşıl dünyanın formalaşmasına ölkəmizin töhvəsidir.

Bütün bunlar ilə yanaşı, Azərbaycana qarşı ikili standartlara əsaslanan qarayaxma kampaniyaların davam edəcəyi gözləniləndir. Bu isə xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı sistemli mübarizəni daha da prioritetləşdirir.

Millət vəkili Vüqar Bayramov

visiontv.az



Избранный
14
5
visiontv.az

6Источники