Tacikistanın paytaxtı Düşənbədə gənc cüdoçular arasında dünya çempionatına start verilib.
"Football-plus.az" xəbər verir ki, mundialın ilk günündə millimizin 6 idmançısı yarışa qoşulub.
Onlar 4 çəki dərəcəsində mübarizə aparırlar.
Dünya çempionatı
Oğlanlar
60 kq
Nizami İmranov yarışa qələbə ilə başlayıb. O, 1/16 finalda türkmənistanlı Meken Ramazanovu məğlub edib. İmranov 1/8 finalda Pino Balbinlə (Kolumbiya) güləşəcək.
66 kq
Məhəmməd Musayev 1/16 finalda Simas Polikeviçusla (Litva) qarşılaşacaq.
İslam Rəhimovun ilk mərhələdə rəqibi Aik Martirosyan (Ukrayna) olub və rəqib qələbə qazanıb.
Qızlar
48 kq
Könül Əliyeva 1/16 finalda Viktoriya Sibille (Belçika) ilə üz-üzə gələcək.
52 kq
İlk mərhələdə mübarizəyə başlayan Xədicə Qədəşova Maya Nuritdinovanı (Türkmənistan) məğlub edib. O, 1/16 finalda Kayrat Ayauylumla (Qazaxıstan) qarşılaşacaq.
Aydan Vəliyeva startda bolqarıstanlı Denitsa Georgiyevanı sınağa çəkəcək.
Qeyd edək ki, ölkəmiz mundialda 13 cüdoçu ilə təmsil olunur.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта